Məzmun Film bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Sənətkar, mübariz ziyalı, gözəl insan. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəyovda görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun"u, "Arşın Mal Alan"ı və "Koroğlu"sunun səhnə taleyi də öz əksini tapmışdır. Film haqqında Filmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur. Filmdə Üzeyir Hacıbəyovun əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənir. Filmdə "Küləklər Şəhəri", "Arşın Mal Alan", "O Olmasın, Bu Olsun", "Doğma Xalqıma", "Bəstəkar Müslüm Maqomayev" filmlərindəki kadrlardan istifadə olunmuşdur. Film SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişilə çəkilmişdir. Film iki seriyalıdır. Ssenari müəllifi: Anar Rejissor: Anar Operator: Zaur Məhərrəmov Rəssam: Rafiz İsmayılov Səs operatoru: Əziz Şeyxov Montaj edən: Tahirə Babayeva Rollarda: Hüseynağa Atakişiyev-Üzeyir Hacıbəyov Yalçın Əfəndiyev (II)-Üzeyir uşaqlıqda Nəcibə Məlikova-Xurşid Banu Natəvan Qədir Rüstəmov-Cabbar Qaryağdı Ramiz Quliyev-Qurban
...